EN

“Vulverhempton”dan Bundesliqa nəhənginə

“Vulverhempton”un hücumçusu Fabio Silva karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalının xidmətində  “Borussiya Dortmund" klubu maraqlıdır. 23 yaşlı futbolçu artıq “Borussiya”nın idman direktoru Sebastian Kel və baş məşqçi Niko Kovaçla görüşüb və onlar tərəfindən təqdim olunan layihəni bəyənib.

Məlumata əsasən, tərəflər artıq 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə üzrə ilkin razılığa gəliblər. İndi isə alman klubunun “Vulverhempton”la transfer şərtlərini yekunlaşdırması gözlənilir.

Ötən mövsümdə Silva “Las-Palmas”ın heyətində 25 oyunda iştirak edərək 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Chosen
28
90deqiqe.az

1Sources