EN

Sumqayıtda 14 yaşlı qız hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Operativ Media xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Chosen
32
36
operativmedia.az

10Sources