EN

Rusiya ordusu Ukraynada irəliləyir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətindəki yaşayış məntəqəsini nəzarətə götürüb. Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamaya görə, Rusiya ordusunun “Vostok” (Şərq) Hərbi Qrupunun bölmələri Dnepropetrovsk vilayətinin Yanvarskoye qəsəbəsinə nəzarəti ələ keçirib. Məlumatda deyilir ki, Ukrayna silahlı qüvvələrinin itkiləri ümumilikdə 1305 əsgər və 6 zirehli texnika olub.

Ukraynanın 140 məntəqəsinə qırıcı təyyarələr, pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirilən hücum nəticəsində Ukrayna ordusununn infrastrukturu, pilotsuz təyyarə anbarları, pilotsuz hücum katerləri, Ukrayna əsgərləri və xarici muzdluların cəmləşdiyi yerlər məhv edilib.

Chosen
83
24
metbuat.az

10Sources