Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçimiz minaya düşüb.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşüb.
O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.
Məlumat üçün bildirək ki, hərbiçimiz üç ildən artıqdır müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir.
E.Tanrıverdiyev Goranboy rayon sakinidir.
22:20
Goranboy sakini Kəlbəcərdə minaya düşüb.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.
Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.
O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.