EN

Yeniyetmə qız hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Moderator.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, 14 yaşlı (ad-soyadı dəqiqləşdirilir - red) qız binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Chosen
78
36
moderator.az

10Sources