Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakıda sakinlər 1 aydan artıqdır ki, su üzünə həsrət qalıblar.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yaşayan sakinlər bu şikayətlə çıxış ediblər.
Onlar bildiriblər ki, yay mövsümü girəndən suları kəsilib. Bu da isti havalarda onlara çətinlik yaradır. Su isə gün ərzində 1 dəfə 5-10 dəqiqə verilir.
Sakinlər suyu pulla aldıqlarını bildiriblər.
Ətraflı süjetdə:
"Su gün ərzində bir dəfə 5-10 dəqiqə verilir" - Sakinlərdən ŞİKAYƏT
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.