№ 231
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 fevral tarixli 322 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 fevral tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 205) ilə təsdiq edilmiş “Qarabağ Universitetinin Nizamnaməsi”nin 4.11.6-cı yarımbəndinə “digər qurumların” sözlərindən sonra “(“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs istisna olmaqla)” sözləri əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “1” “avqust” 2025-ci il