EN

"Turan Tovuz" Türkiyədə ərəblərə də məğlub oldu

"Turan Tovuz" Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Kurban Berdıyevin komandası Mərakeş təmsilçisi “Vidad”la üz-üzə gəlib.

Görüş tovuzluların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Turan Tovuz” bunadək “Çorum” və “Keçiörengücü” ilə (hər ikisi Türkiyə) heç-heçə edib – 1:1, 0:0, “Flamurtari”yə (Albaniya) uduzub - 0:1.

Chosen
89
49
sportinfo.az

10Sources