EN

Konfrans Liqası: “Neman” “Klaksvik”ə səfərdə uduzdu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Farer adalarının “Klaksvik” komandası doğma meydanda Belarus “Neman”ı ilə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

Bu mərhələnin qalan ilk oyunları avqustun 7-də keçiriləcək. Cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
5 avqust

Klaksvik (Farer adaları) – Neman (Belarus) 2:0

Chosen
14
arena.az

1Sources