EN

Serbiya paytaxtında yarım tonluq bomba tapıldı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Serbiyanın paytaxtı Belqradda tikinti meydançasında İkinci Dünya müharibəsi dövrünə aid aviabomba tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, bomba 500 kq ağırlığındadır ki, bunun da təxminən 220 kq-ı partlayıcıdır.

Hazırda tapıntı yeri Belqrad polis bölmələri tərəfindən qorunur. Qurğu avqustun 9-da səhər saatlarında məhv ediləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
oxu.az

2Sources