EN

ABŞ-də kiçik təyyarə qəza etdi - Ölənlər var

ABŞ-nin Arizona ştatının Çinl hava limanı yaxınlığında təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu haqda ştatın polisi məlumat yayıb.

“Çinl hava limanı yaxınlığında kiçik təcili yardım təyyarəsi qəzaya uğrayıb və yanıb. Təyyarədə dörd nəfər olub, hamısı xarici olub”, - məlumatda deyilir.

Qeyd olunur ki, təyyarə xəstəni götürmək üçün xəstəxanaya gedirmiş. Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının və Federal Aviasiya Administrasiyasının nümayəndələri qəzanın səbəblərini araşdırmaq üçün hadisə yerinə gediblər.

Chosen
4
4
qafqazinfo.az

7Sources