Günəşdə yeni – M sinfinə aid güclü partlayış qeydə alınıb. Bu avqust ayında qeyd alınmış sayca dördüncü belə partlayışdır.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi “Telegram” kanalında məlumat yayılıb.
İnfoqrafikaya əsasən – Bakı vaxtı ilə 07:00-da (5 avqust) Günəşdə 4168 saylı sahədə M sinfindən olan işartı müşahidə olunub.
Avqustda ilk belə işartı avqustun 3-də qeydə alınmışdı və son bir ayın Günəşdə baş vermiş ən güclü partlayışı olmuşdu – gücü M2,9 bala çatmışdı. Növbəti iki partlayış isə М1.4 və М.2.0 gücündə olmuşdu.