EN

Hərbçimiz Kəlbəcərdə minaya düşdü...


Goranboy sakini Kəlbəcərdə minaya düşüb. APA-nın yerli bürosunun məlumatına görə hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.

O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.

Kəlbəcərdə minaya düşən şəxsin hərbçi olduğu məlum olub. 1986-cı il təvəllüdlü Tanrıverdiyev Emin Möhübbət oğlu müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur (MAXE).

Faktla bağlı araşdırma aparılır.

Chosen
80
5
baki-xeber.com

10Sources