EN

İrəvan Əliyev, Tramp və Paşinyan görüşünü TƏSDİQLƏDİ

Ermənistan hökuməti Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev arasında Vaşinqtonda planlaşdırılan görüş barədə məlumatı təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan avqustun 7-8-də ABŞ-a səfər edəcək.

Qeyd edilib ki, Ermənistanın baş naziri Vaşinqtonda Trampla Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş ikitərəfli görüş, həmçinin Amerika lideri və Əliyevlə Cənubi Qafqazda sülh, firavanlıq və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş üçtərəfli görüş keçirəcək.

“Washington Post” qəzeti yazıb ki, Əliyev və Paşinyan Vaşinqtonda danışıqlardan sonra Azərbaycan və Ermənistan arasında sülh sazişi elan edə bilərlər.

Chosen
71
31
publika.az

10Sources