EN

Flame Tower Run turniri beynəlxalq təqvimdə yer alıb FOTO

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Flame Tower Run" adlı şaquli qaçış (göydələn pilləkənləri üzrə qaçış) turniri bu idman növü üzrə beynəlxalq assosiasiyasının (TWA) rəsmi təqviminə daxil edilib.

İdman.biz xəbər verir ki, iştirakçılar 50 mərtəbə qalxmalı olacaqlar.

Sentyabrın 27-də keçiriləcək turnirə 160 faktoru verilib. "Towerrunning" üzrə “faktor” – yarışa verilən və onun çətinlik dərəcəsini və beynəlxalq səviyyəsini əks etdirən rəqəmdir. Bu göstərici Dünya kubokunda xalların hesablanmasına təsir edir. Yüksək faktor daha çətin və nüfuzlu yarış anlamına gəlir.

Beləliklə, "Flame Tower Run" ən çətin yarışlardan biri kimi təsnif olunub.

Yarış üçün qeydiyyat artıq açıqdır.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
70
1
icma.az

2Sources