EN

Çempionlar Liqası: “Qarabağ”ın rəqibləri üz-üzə, “Fənərbaxça” Niderland səfərində

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk qarşılaşmalarına yekun vurulacaq.

İdman.biz xəbər verir ki, ikinci oyun günündə 6 matç baş tutacaq.

Azərbaycan çempionu "Qarabağ"ın pley-off mərhələsində potensial rəqibləri olan "Ludoqorets"lə "Ferentsvaroş" da bu gün üz-üzə gələcək.

Günün digər maraqlı görüşü isə Niderlandda olacaq. Yerli "Feyenoord" "Fənərbaxça"nı qəbul edəcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

6 avqust

19:00. “Kayrat” (Qazaxıstan) – “Slovan” (Slovakiya)

21:00. “Zalstburq” (Avstriya) – “Brügge” (Belçika)

21:30. “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)

22:30. “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)

23:00. “Feyenoord” (Niderland) – “Fənərbaxça” (Türkiyə)

23:00. “Nitsa” (Fransa) – “Benfika” (Portuqaliya)

Qeyd edək ki, mərhələnin digər ilk 4 matçı bir gün öncə keçirilib.

İdman.biz

Chosen
44
2
idman.biz

3Sources