EN

Superdünya: Həyatın ola biləcəyi yeni planet kəşf edildi

BAKI, 6 avqust. TELEQRAF

Çin Elmlər Akademiyasının Yunnan Rəsədxanalarının rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu Günəşə bənzəyən ulduzun ətrafında həyatın ola biləcəyi planet kəşf edib.

Teleqraf xəbər verir ki, Kepler-725c adlı planet TTV adlı yeni üsulla aşkar olunub.

Bu üsulla əvvəllər qaz nəhəngi Kepler-725b-nin 39,6 günlük orbitində vaxt dəyişmələri araşdırılıb. Bu dəyişikliklərin səbəbinin eyni sistemdə gizli bir planet olan Kepler-725c olduğu müəyyən edilib.

Kepler-725c 207,5 günlük dövrəyə malik Günəşə bənzər G9V ulduzunun ətrafında fırlanır. Ulduzdan aldığı enerji Yerinkindən təxminən 40 faiz çoxdur. Bu da planetin öz orbitinin əhəmiyyətli bir hissəsində “yaşayış zonası” daxilində olduğu deməkdir.

Planetin kütləsi Yerin kütləsindən təqribən 10 dəfə böyükdür və bu, onu “superdünya kateqoriyası”na daxil edir. Hazırda onun səthində su və ya həyatın olduğuna dair birbaşa sübut yoxdur, amma şərait bu ehtimalı təsdiqləmək üçün kifayət qədər əlverişlidir.

Kepler-725c birbaşa müşahidə olunmayan, amma riyazi olaraq sübut edilmiş, yaşayış üçün əlverişli superdünyanın ilk nümunələrindən biridir. Alimlər hesab edirlər ki, çoxsaylı bu cür sistemlər mövcuddur və onları TTV kimi üsullarla aşkar etmək olar.

Kəşf Yer kürəsindən kənarda canlıların axtarışında mühüm mərhələ ola bilər. Yeni kəşflə kainatda həyatın olduğu digər planetlərin olub-olmaması sualını yenidən aktual məsələyə çevrilib. Kepler-725c kimi planetlər bizi bu sualın elmi cavabına bir addım da yaxınlaşdırır.

Chosen
39
1
teleqraf.com

2Sources