ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 6 avqust, AZƏRTAC
“Qalatasaray” futbolçusu Davinson Sançeslə müqavilənin müddətini uzadıb.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçi ilə 5 illik yeni sözləşmə imzalanıb.
29 yaşlı oyunçunun illik maaşı 3,2 milyon avrodan 4,5 milyona qədər artırılıb.
Qeyd edək ki, Davinson Sançes “Qalatasaray”a 2023-cü ilin sentyabr ayında İngiltərənin “Tottenhem” klubundan keçib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.