EN

Ehtiyatsızlıqdan yanıq xəsarətləri alan qadın öldü

Samux rayonunda ehtiyatsızlıqdan yanıq xəsarətləri alan qadın ölüb.

Bakıvaxtı.az xəbər verir ki, Samux rayon sakini, 1983-cü il təvəllüdlü S.Əliyeva iyulun 31-də evində ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

Ağır halda xəstəxanaya yerləşdirilən qadın 6 gün sonra müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
43
7
bakivaxti.az

10Sources