Ağstafa, 6 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həyatını itirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Eynallı kəndində yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Rüfanə Tağıyevanı maşın vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.