Samux rayonunda ehtiyatsızlıqdan yanıq xəsarətləri alan qadın ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon sakini, 1983-cü il təvəllüdlü S.Əliyeva iyulun 30-da evində ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.
Ağır halda xəstəxanaya yerləşdirilən qadın 6 gün sonra müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"