EN

Sağlam böyrəklərin 5 sirri: Çatışmazlığa qarşı erkən tədbir vacibdir

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gizli şəkildə inkişaf edən və ilkin mərhələlərdə çox vaxt simptom göstərməyən böyrək çatışmazlığı, vaxtında atılan addımlarla qarşısı alına biləcək xəstəliklər sırasındadır. Bəs, böyrək çatışmazlığının qarşısını almaq üçün nələrə diqqət etməlisiniz?

Qaynarinfo xəbər verir ki, Turqut Özal Tibb Mərkəzinin (Türkiyə) baş həkim müavini və nefrologiya üzrə mütəxəssis Dr. Hacı Bayram Berktaş bu xəstəliyin qarşısını almaq üçün vacib tövsiyələr verib.

Əsas səbəblər: Şəkərli diabet, təzyiq və romatizm xəstəlikləri

Berktaş bildirib ki, xəstəliyin əsas səbəbləri şəkərli diabet, hipertoniya və romatizmal xəstəliklərdir. Bunlardan əlavə, böyrək daşları, təkrarlanan infeksiyalar, nəzarətsiz dərman istifadəsi və böyrək kistləri də risk faktorları arasında yer alır.

Erkən diaqnoz həyati əhəmiyyət daşıyır

Xroniki xəstəliklərə sahib şəxslərin müntəzəm böyrək yoxlanışlarından keçməsi tövsiyə edilir. Əgər bu nəzarətlər zamanı böyrəkdə zədələnmə aşkarlanarsa, böyrək çatışmazlığının inkişafını yavaşlatmaq üçün mütləq tədbir görülməlidir.

Böyrəkləri qorumağın 5 əsas yolu

Dr. Berktaş, böyrək sağlamlığını qorumaq üçün aşağıdakı 5 əsas tədbirin önəmini vurğulayıb:

1. Kifayət qədər maye qəbulu – gündəlik su istehlakının nizamlı olması;

2. Tuz istehlakının azaldılması – xüsusilə təzyiq xəstələri üçün vacibdir;

3. Düzgün və nəzarətli qidalanma – böyrəkləri yükləməyəcək pəhrizlərə üstünlük verilməlidir;

4. Lazımsız dərmanlardan uzaq durmaq – xüsusən ağrıkəsicilər və antibiotiklərə diqqətlə yanaşılmalıdır;

5. İnfeksiyaların vaxtında müalicəsi – sidik yolları infeksiyaları laqeyd qalarsa, böyrəklərə ciddi zərər verə bilər.

Eyni zamanda böyrək daşları kimi problemlərin vaxtında müdaxilə ilə aradan qaldırılması da böyük əhəmiyyət daşıyır.

Son mərhələdə iki seçim qalır

Böyrək çatışmazlığı son mərhələyə çatdıqda, xəstələrin qarşısında yalnız iki seçim qalır: ya hemodializə başlamaq, ya da böyrək köçürülməsi planlaşdırmaq. Dr. Berktaş bildirib ki, əsas məqsəd xəstəliyin bu mərhələyə çatmasının qarşısını almaqdır və bu baxımdan qoruyucu tədbirlər həyati önəm daşıyır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
qaynarinfo.az

2Sources