EN

NASA Ayda nüvə reaktoru quracaq


NASA Aya nüvə reaktoru qurmaq niyyətində olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NASA rəhbərinin səlahiyyətlərini icra edən ABŞ-nin nəqliyyat naziri Şon Daffi məlumat verib.
Onun sözlərinə görə, belə bir addım Ayda uzunmüddətli mövcudluğu təmin edəcək və Marsa gələcək missiyalara hazırlıq üçün dayanıqlı enerji bazasının yaradılmasına imkan verəcək.
Daffinin qeyd etdiyinə görə, Ayda nüvə enerjisindən istifadə ideyası çoxdan müzakirə edilir.
Onun sözlərinə görə, ABŞ Çin də daxil olmaqla, Ay uğrunda yarışla məşğuldur və prioriteti təmin etməyə çalışır.
O, həmçinin hökumətin layihəyə böyük sərmayə qoyduğunu və artıq təcrübədən praktikaya keçdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl “Politico” nəşri xəbər vermişdi ki, NASA Rusiya və Çinin fəallığına cavab olaraq, Ayın nüvə proqramının sürətləndirilməsi imkanını nəzərdən keçirir.
Chosen
27
yeniavaz.com

1Sources