EN

Təsərrüfatlara dəymiş zərərə görə 4 milyon manatdan çox sığorta ödənişi edilib

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 13milyon 115 min manat, yəni ötən ilin eyni dövrünə nisbətdə 18%artıq sığorta haqqı toplanılıb. Bitkiçilik uzrə sığorta haqqı 13%,heyvandarlıq üzrə sığorta haqqı isə 65% artıb.

Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbərverir.

Məlumata görə, 2025-ci ilin yanvar-iyun aylarında Aqrar SığortaFondu təsərrüfatlara dəymiş zərərə görə ümumilikdə 4 milyon 435 minmanat sığorta ödənişi edib. İlk yarımillikdə fermerlərə əkinsahələri üzrə 4 milyon 245 min manat, heyvandarlıq üzrə isə 190 minmanat sığorta ödənişi verilib. Zərər ödənişinin həcmi ötən ilinmüvafiq dövrü ilə müqayisədə 55% artıq olub.

2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondutərəfindən 342,6 min hektar əkin sahəsi sığorta edilib. Bu sahələrüzrə ödənilən sığorta haqqı 11 milyon 475 min manat, təminatverilmiş sığorta məbləği isə 497 milyon manat təşkil edib. Bu il,eyni zamanda, ölkəmizdə ilk dəfə olaraq çiyələk sahələrininsığortası həyata keçirilib.

Hesabat dövründə Aqrar Sığorta Fondu tərəfindən ölkənin müxtəlifərazilərindəki təsərrüfatlarda 3 231 baş heyvan sığortalanıb, ötənilin eyni dövrünə nisbətən sığortalanan heyvanların sayı 84%artıb.

Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1 milyon 640min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 65% çoxdur.Heyvandarlıq sığortası üzrə sığorta təminatı məbləği 19 milyon 747min manata çatıb.

2025-ci ilin ilk 6 ayında əkin sahələrinə ən çox zərər vuranhadisələr - dolu (əkin sahələrinin 65%-i), sel-subasma (15%),fırtına (17%) və leysan (2%) halları olub.

Hesabat dövründə taxıl, qarğıdalı və pambıq sahələrindən sonraən çox sığorta ödənişi edilən bitkilər günəbaxan, tütün, armud,şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız olub. Bu ilin ilk6 ayı ərzində ən çox zərər ödənişi həyata keçirilən rayonlar isəFüzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan vəŞəkidir.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri vətarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosialşəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqəsaxlamaqla əldə etmək olar.

Chosen
32
6
az.trend.az

10Sources