EN

Aqrar Sığorta Fondu yığımları 18 %, ödənişləri isə 55 % artırıb

Bu ilin I yarısında Aqrar Sığorta Fondu 13 milyon 115 min manat sığorta haqqı toplayıb.

AzNews.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.

O cümlədən, son 1 ildə bitkiçilik uzrə sığorta haqqı 13 % artaraq 11 milyon 475 min manat, heyvandarlıq üzrə sığorta haqqı isə 65 % artaraq 1 milyon 640 min manat təşkil edib.

Hesabat dövründə 342,6 min hektar əkin sahəsi sığorta edilib və onlara 497 milyon manatlıq təminat verilb. İlk dəfə olaraq çiyələk sahələri sığortalanıb.

Bundan başqa, ölkənin müxtəlif ərazilərindəki təsərrüfatlarda 3 231 baş heyvan sığortalanıb, onlara 19 milyon 747 min manatlıq təminat verilib, ötən ilin eyni dövrünə nisbətən sığortalanan heyvanların sayı 84 % artıb.

Yanvar-iyun aylarında Fond 4 milyon 435 min manat sığorta ödənişi edib ki, bu da 1 il əvvələ nisbətən 55 % çoxdur. O cümlədən, əkin sahələri üzrə 4 milyon 245 min manat, heyvandarlıq üzrə isə 190 min manat ödəniş verilib.

Chosen
50
10
aznews.az

10Sources