EN

“Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi uğurla yekunlaşıb -FOTO

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi I qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə qalib olub. 
Sherg.az xəbər verir ki, layihənin icrasına 1 iyun 2025-ci il tarixindən etibarən başlanılıb.

Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi qələbənin gənc nəslə təbliği, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşmüş qəhrəmanların yeniyetmələrə və gənclərə tanıdılması olub

İki ay davam edən layihə çərçivəsində təşkilat Bakı şəhərində yerləşən 187 və 328 saylı tam orta məktəblərdə, 18 saylı Peşə Liseyində, Xəzər Universitetində, Dünya Məktəbində, həmçinin Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxanasında görüş və tədbirlər həyata keçirib. Bu görüşlərdə əsas diqqət gənclərdə vətənpərvərlik, özgüvən və məsuliyyət hisslərinin aşılanmasına yönəldilib.

Layihə çərçivəsində ilk dəfə olaraq hərbi marşlardan ibarət “Vətən və Zəfər nəğmələri” adlı toplu kitab da hazırlanaraq nəşr olunub. Bu kitabda I və II Qarabağ müharibələri zamanı səslənmiş, eləcə də müxtəlif dövrlərə aid vətənpərvərlik ruhlu hərbi marşlar yer alıb.

Layihə rəhbəri, I Qarabağ müharibəsi zamanı cəbhə bölgələrində jurnalistlik fəaliyyəti göstərmiş Bədirxan Əhmədov tədbirlər zamanı çıxış edərək, Azərbaycan əsgərinin qəhrəmanlığından, layihənin məqsədlərindən və gələcək planlardan geniş bəhs edib. O, layihənin digər bölgələrdə də davam etdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Tədbirlər yüksək məhsuldarlıqla həyata keçirilib və nəticə olaraq, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında sentyabr ayında yenidən şagirdlərlə geniş formatda görüş və maarifləndirmə tədbirinin keçirilməsi qərara alınıb.
Chosen
117
35
sherg.az

10Sources