EN

Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları təsdiq edilib

Bakı. Trend:

Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları təsdiqedilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Sənədə əsasən, bu Qaydalar mərkəzi və yerli icra hakimiyyətiorqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin)nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adındanyaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları (bundansonra – dövlət qurumu) tərəfindən informasiya texnologiyalarınıntətbiqi və informasiya sistemləri vasitəsilə elektron xidmətlərintəşkili, digər dövlət qurumlarına, bələdiyyələrə, fiziki və hüquqişəxslərə elektron xidmət göstərilməsi ilə bağlı məsələləritənzimləyəcək.

Bu Qaydalar elektron xidmətlərin göstərilməsində iştirak edəndigər qurumlara da həmin xidmətlərin göstərilməsi ilə bağlıfəaliyyətlərinə münasibətdə şamil ediləcək.

Elektron xidmət üzrə ödənişin həyata keçirilməsi imkanı xidmətgöstərilməsinin gedişatı zamanı real vaxt rejimində və elektronformada (ödəniş xidməti təchizatçıları vasitəsilə) təminatçıtərəfindən təmin ediləcək.

Qərarla daha ətraflı bu link vasitəsilə tanış olmaq mümkündür.

Chosen
97
1
az.trend.az

4Sources