EN

Şəhidimiz Məhəmməd Şəbiyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Məhəmməd Şəbiyev 1998-ci il avqustun 6-da Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2013-2016-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. 2020-ci ildən etibarən Azərbaycan Ordusunun sıralarında "leytenant" rütbəsində xidmət etməyə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 4 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Məhəmməd Şəbiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Chosen
82
50
qht.az

10Sources