EN

Araz Naxçıvan ın Omoniya sınağına zəif azarkeş marağı... Ribeyrodan başqa itki varmı?

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Araz-Naxçıvan" sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Cənubi Kipr "Omoniya"sını qəbul edəcək."Football-plus.az" Muxtar Respublika təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovdan son durumu və matç üçün satılan biletlərin sayını soruşub. Məlum olub ki, komandada nə sözügedən turnirin 2-ci təsnifat mərhələsinin "Aris"ə qarşı cavab matçında (2:2, ilk oyun - 2:1) qırmızı vərəqə alan İqor Ribeyrodan başqa cəzalı var, nə də zədəli. Sahibini tapan biletlərin sayı isə 800-dü. Əsas satışın sabah olacağı proqnozlaşdırılır. Ona görə ki, oyun günü biletlər təkcə "Neftçi Arena"nın yox, həm də matçın keçiriləcəyi "Liv Bona Dea Arena"nın kassalarında satılacaq.Saat 20.00-da başlayacaq oyun "CBC Sport"un efirində canlı yayınlanacaq.Onu da xatırladaq ki, daha əvvəl "Omoniya" azarkeşlərini Bakıya gətirə bilməyəcəyini açıqlayıb. Buna müvafiq icazələrin vaxtında alına bilməməsi səbəb olub.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
1
icma.az

2Sources