EN

"Liverpul"un ulduzu çempionluq medalını hədiyyə verəcək - "Onu özümə saxlaya bilmərəm"

"Liverpul"un və Niderland millisinin hücumçusu Kodi Qakpo Premyer Liqa çempionluğu medalını atasına verəcəyini deyib.

Fanat.Az xÉ™bÉ™r verir ki, "Sky Sports" futbolçunun sözlÉ™rini belÉ™ çatdırıb: 

"Medal hazırda İngiltərədədir. Amma atam Afrikadan qayıdanda onu ona verəcəyəm. Özümə saxlaya bilmərəm. Yenə çempionluğu qazansam, artıq onu özümə götürəcəyəm".

Xatırladaq ki, "Liverpul" ötÉ™n mövsüm İngiltÉ™rÉ™ Premyer Liqasının qalibi olub. 

Kodi Qakpo "Liverpul"un heyətində 35 liqa oyununda iştirak edib. Niderlandlı vinger bu görüşlərdə 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

Chosen
25
1
fanat.az

1Sources