EN

Ousmane Sonko Türkiyədə ikitərəfli əməkdaşlıq görüşləri keçirəcək

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Seneqalın Baş naziri Ousmane Sonko prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.

TurkicWorld xəbər verir ki, Türkiyənin Kommunikasiyalar Direktoru Burhanəddin Duranın açıqlamasına əsasən, Sonko 6-11 avqust tarixlərində Türkiyədə rəsmi səfərdə olacaq. Görüşlərdə Türkiyə və Seneqal arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və strateji tərəfdaşlığın dərinləşdirilməsi müzakirə olunacaq.

Səfər zamanı həmçinin regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılacaq, müxtəlif əməkdaşlıq müqavilələrinin imzalanması planlaşdırılır.

Chosen
57
turkic.world

1Sources