Dəməşqdə Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şaraa ilə ABŞ-ın xüsusi nümayəndəsi Tomas Barrak arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyinin X (keçmiş Twitter) sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
Görüş zamanı tərəflər son siyasi hadisələri, təhlükəsizlik məsələlərini və Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi prosesin irəlilədilməsi yollarını müzakirə ediblər.
Bizim.Media