Gəncə sakini başından küt alətlə xəsarət alıb.
Bakues.az-ın məlumatına görə, hadisə şəhərin Səfəvilər küçəsi ərazisində qeydə alınıb.
1984-cü il təvəllüdlü Z.Abdullayev kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.
Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 41 yaşlı Z.Abdullayevə tanıdığı şəxs tərəfindən küt alətlə xəsarət yetirilib.
Fakt araşdırılır.