EN

Əliyev və Paşinyan ABŞ-a gedir

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İlham Əliyev və Nikol Paşinyan ABŞ-a gedir. Onların Donald Trump-la görüşü nəzərdə tutulub.

Azərtac xəbər verib ki, Azərbaycan Prezidenti artıq ABŞ-a yola düşüb.

Ermənistan hökumətinin məlumatına görə, Baş nazir Nikol Paşinyan avqustun 7-8 -də orda olacaq. O, Trump və Əliyevlə üçtərəfli görüşdə iştirak edəcək.

Görüşdə Azərbaycan və Ermənistan arasında sülh bağlanması və təhükəsizlik, nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə olunacaq.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, Youtube kanalımızda baxın.

Birləşmiş Ştatlardan yayılan xəbərlərə görə, görüş avqustun 8-də baş tutacaq.

Görüş zamanı Azərbaycan və Ermənistan liderlərinin sülh niyyətini bəyan edəcəkləri gözlənilir.

Bir neçə gün əvvəl respublikaçı senator Steve Daines "The Wall Street Journal-da yazıb ki, Prezident Trump Cənubi Qafqazda, Ermənistan və Azərbaycan arasında sülh sazişi əldə etmək ərəfəsindədir.

Senator məqaləsində bildirib ki, bu il o, Tramp komandasının üzvləri ilə birgə Azərbaycan və Ermənistanda olub və hər iki ölkə lideri ilə praktiki həll yollarını müzakirə edib: "Hər iki lider anın vacibliyini və qarşıdakı geniş imkanları dərk edir.

Rusiya uzun müddət regional güc vasitəçisi rolunu oynadı, bu mövqedən münaqişəni davam etdirmək və cənub qonşularını zəif və təcrid vəziyyətində saxlamaq üçün istifadə etdi. İndi Ermənistan və Azərbaycan Rusiyanın hökmranlığının boyunduruğundan qoparaq ABŞ-ın prioritetlərinə uyğun müstəqil baxışa doğru üz tuturlar".

Steve Daines-in Cənubi Qafqaza səfərindən bir müddət sonra, iyulun 10-da İlham Əliyev və Nikol Paşinyan Əbu-Dabidə görüşüb.

Azərbaycan və Ermənistan liderlərinin bu görüşündə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin paraflanması müzakirə olunub.

Hər iki tərəf bu görüşü "nəticəyönümlü dialoq" kimi qiymətləndirib.

Amma tərəflər mətni razılaşdırılmış sülh sazişinin nə zaman imzalanacağı ilə bağlı konkret tarix səsləndirməyib.

Rəsmi Bakının sülh sazişini imzalaması üçün tələbi var: Ermənistan Konstitusiyasından Azərbaycana ərazi iddiası çıxarılsın və ATƏT-in Minsk qrupu buraxılsın.

Yerevan isə istəyir ki, ATƏT-in Minsk qrupu sülh sazişi imzalanarkən buraxılsın.

Sülh sazişinin imzalanması üçün şərt olmasa da, Bakının daha bir tələbi Zəngəzur dəhlizinin açılmasıdır.

ABŞ təklif edib ki, bu koridora Amerika şirkəti xidmət göstərsin.

Nikol Paşinyan dəhlizin xarici şirkətə icarəyə verilə biləcəyini istisna etməyib.

Chosen
86
26
bbc.com

10Sources