EN

Tailand və Kamboca ilkin razılığa gəliblər

Tailand və Kamboca nümayəndə heyətləri arasında sərhəddə atəşkəsin həyata keçirilməsi və monitorinqi ilə bağlı ilkin danışıqlarda konsensus əldə edilib.

Moderator.az xəbər verir ki, bu barədə Malayziya Silahlı Qüvvələrinin komandanı general Mohd Nizam Cəfər ölkənin dövlət xəbər agentliyi "Bernama"ya eksklüziv şərhində bildirib.

Hazırda Malayziyada Tailand və Kamboca arasında silahlı sərhəd münaqişəsindən sonra atəşkəs rejiminin tətbiqi və monitorinqi üzrə danışıqlar aparılır. ABŞ və Çindən olan müşahidəçilərin iştirakı ilə keçiriləcək yekun iclasın cümə axşamı günü baş tutacağı gözlənilir.

Chosen
11
1
moderator.az

2Sources