EN

Damında tülkü gəzən uşaq bağçasının rəhbərliyindən AÇIQLAMA - ANBAAN VİDEO

Bakının Biləcəri qəsəbəsində uşaq bağçasının ərazisində tülkü görünməsi ilə bağlı qurumdan açıqlama bildirilib.

298 nömrəli körpələr evi-uşaq bağçasından Far.Az-ə bildirilib ki, qeyd olunan məsələnin müvafiq qaydalar çərçivəsində həll olunması üçün aidiyyəti qurumlara məlumat veriləcək.

***16:48

Bakının Biləcəri qəsəbəsində uşaq bağçasının ərazisində tülkü peyda olub.

Bu barədə şikayət Far.Az-in "qaynar xətti"nə göndərilib.

Bildirilib ki, söhbət 298 saylı körpələr evi-uşaq bağçasından gedir. Görüntülərdən də aydın olur ki, tülkü bağçanın damında dolaşır.

"Bu ordakı uşaqların və işçilərin həyatı üçün təhlükəlidir", - deyə şikayətçi vurğulayıb.

Sözügedən kadrları təqdim edirik:

Chosen
21
1
far.az

3Sources