EN

Turizm bələdçiləri üçün hansı güzəştlər tətbiq edilir?

ain.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Mövcud qanunvericiliyə əsasən, turizm şirkəti ilə əməkdaşlıq edən və 2024-cü ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar 75 % güzəştdən faydalana bilməyən bələdçilər üçün də güzəştlər tətbiq edilir.

Bu barədə  Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Vergi Məcəlləsinə əsasən, 2025-ci ildən bir sıra fəaliyyət növləri, o cümlədən turizm bələdçiliyi ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdikləri gəlirlərin həcmi 45 min manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 %-i gəlir vergisindən azaddır.

Qeyd edək ki, sözügedən qayda Prezident İlham Əliyevin 2024-cü il dekabrın 16-da imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda öz əksini tapıb. Bu qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
62
2
azpost.info

4Sources