“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.
Publika.az xəbər verir ki, Elnur Məmmədli klubun mətbuat xidmətinin rəhbəri təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.