"Yuventus"un futbolçusu Timoti Veanın "Marsel" klubuna keçidi rəsmiləşib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.
PSJ akademiyasının yetirməsi olan Vea, əsas komandada 6 oyun keçirib və daha sonra "Lill"də çıxış edib. Son iki il ərzində isə Timoti "Yuventus"da oynayıb. Turin klubunun əsas komandasında 78 rəsmi oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə edib.
Timotinin əsas mövqeyi sağ qanad hücumçusudur, lakin o, sağ cinahda, hətta müdafiədə də oynamaq qabiliyyətinə malikdir.