EN

Kürdəmirdə yolu keçən piyadanı avtomobil vurub öldürdü - FOTO

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Kartlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

BelÉ™ ki, “Mercedes” markalı avtomobilin sürücüsü 1995-ci il tÉ™vÉ™llüdlü GÉ™ncÉ™  sakini Muraz İbrahim oÄŸlu Qasımov Bakı istiqamÉ™tindÉ™ hÉ™rÉ™kÉ™tdÉ™ olarkÉ™n yolu keçmÉ™k istÉ™yÉ™n AÄŸdaÅŸ rayon sakini 1967-cu il tÉ™vÉ™llüdlü Hacıyev RövÅŸÉ™n VÉ™li oÄŸlunu vurub.


Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, elə xəstəxanadaca dünyasını dəyişib.

Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Fakta bağlı araşdırma aparılır.








Bizim.Media, Aran bürosu

Chosen
9
9
bizim.media

10Sources