EN

ABŞ xaricdən gətirilən yarımkeçiricilərə 100 faiz rüsum tətbiq edəcək

Apa.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-a idxal olunan bütün yarımkeçirici çiplərə təxminən 100 faiz gömrük rüsumu tətbiq ediləcək.

APA xəbər verir ki, bunu Prezident Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni tarif siyasəti ABŞ-da istehsal öhdəliyi götürməyən bütün şirkətlərə şamil olunacaq.

“ABŞ-a idxal olunan bütün çiplərə və yarımkeçiricilərə 100 faiz rüsum tətbiq olunacaq. Ancaq əgər siz ABŞ-da istehsal öhdəliyi götürmüsünüzsə və ya artıq istehsal prosesindəsinizsə, bu zaman rüsum tətbiq edilməyəcək. Bir çox şirkət bu mərhələdədir”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, yeni qərar ABŞ-ın daxili istehsal potensialını gücləndirmək və texnoloji asılılığı azaltmaq məqsədi daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
3
apa.az

5Sources