EN

Günəşdə bir ay ərzində altıncı dəfə güclü PARTLAYIŞ oldu

Günəşdə bir ay ərzində altıncı dəfə güclü alışma qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, M sinifli partlayış on dəqiqə davam edib.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası da hadisə barədə məlumat verib. Bir gündən az müddətdə Günəşin demək olar ki, "X" sinifli alışmaya bərabər miqdarda enerji buraxdığına diqqət çəkilib.

Ümumilikdə ulduzda C və M səviyyələrində 18 alışmanın baş verdiyi qeyd olunub.

Chosen
29
publika.az

1Sources