EN

"Qarabağ"ın potensial rəqiblərinin matçında nə baş verdi?

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın pley-off mərhələsində potensial rəqibləri olan "Ludoqorets" və "Ferentsvaroş" da üz-üzə gəlib.

Matçda hesab açılmayıb - 0:0.

Komandalar arasında cavab qarşılaşması avqustun 12-də keçiriləcək.

Bu komandalardan hansı növbəti mərhələyə yüksəlsə, "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Cütün məğlubu daAvropa Liqasının pley-off mərhələsində "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) cütünün məğlubuna rəqib olacaq.

Chosen
91
28
sportinfo.az

10Sources