Bakı. Trend:
Serbiya və ABŞ rəsmiləri iki ölkə arasında strateji dialoquntezliklə başlanması barədə razılığa gəliblər.
Trend xəbər verir ki, bubarədə Vaşinqtonda səfərdə olan Serbiyanın xarici işlər naziriMarko Curiçlə ABŞ Dövlət katibi Marko Rubionun görüşündə razılıqəldə olunub.
Marko Curiç bu səfəri Serbiyanın ABŞ administrasiyası ilə yenistrateji mövqe tutması üçün mühüm fürsət kimi qiymətləndirib.
“Bu, iki ölkə arasında münasibətləri əvvəlki dövrlərdə olmayansəviyyəyə yüksəldəcək. Hesab edirəm ki, qarşıdakı həftələrdə vəaylarda biz daha çox nəticənin və daha konkret addımların şahidiolacağıq. Serbiya ABŞ-ın yeni administrasiyası ilə əlaqələrigenişləndirmək niyyətindədir. Biz Serbiya-ABŞ münasibətlərində yenisəhifə açmaq fürsətini əldən verməməliyik. Birləşmiş ŞtatlarPrezidenti də Serbiya ilə münasibətlərin yaxşılaşdırılması istədiyibarədə şəxsi mövqeyinin həm də ABŞ administrasiyasının mövqeyiolduğunu açıq şəkildə çatdırıb”, - deyə nazir qeyd edib.