EN

Atom elektrik stansiyaları ekoloji cəhətdən təmiz enerjinin ən etibarlı mənbəyidir - IBNI

Mərsin. Trend:

Atom elektrik stansiyaları ekoloji cəhətdən təmiz enerjinin ənetibarlı mənbəyidir.

Trend xəbərverir ki, bunu Beynəlxalq Nüvə İnfrastrukturu Bankının (IBNI) sədriDaniel Den Türkiyənin Mərsin şəhərində jurnalistlər üçün keçirilənseminarda deyib.

Onun sözlərinə görə, nüvə enerjisi həyat tsikli ərzində ən aşağıkarbon tullantılarına malik enerji mənbəyi kimi ayrılır.

"Bununla belə, tikinti və istehsalat müddətində tullantılarminimal olsa da, var. Atom enerjisi enerji istehsalının ən etibarlıforması olmaqla inanılmaz dərəcədə yüksək güc əmsalları nümayişetdirir və adətən, 90 faiz və ya daha yüksək olur. Daha genişdekarbonizasiya məqsədlərinə nail olmaq üçün energetikanımüxtəlifləşdirmək lazımdır. Hidrogen və şirin su kimi enerjitəchizatı formaları günümüzdə mühüm əhəmiyyət kəsb edir və nüvətexnologiyaları bu müxtəlif enerji növlərini təmin etmək gücündəolan universal həlldir", - deyə o qeyd edib.

Denin sözlərinə görə, təmiz enerji sahəsində milli və qlobalhədəflərin əldə olunmasına gəlincə, nüvə enerjisi adi aşağıkarbonlu enerjidən daha çoxunu təklif edir.

"Nüvə enerjisinin universallığı istər elektrik enerjisinin artanistehlakı, iqtisadiyyatın elektrikləşdirilməsi, sənaye istiliyi,mərkəzi istilik və sərinlətmə sistemləri kimi müxtəlif növ enerjiehtiyaclarının, istərsə də aşağı karbonlu energetikada hidrogenəartan tələbatın qarşılanmasında təzahür edir. Bundan başqa, nüvəenerjisi şirinləşdirilmiş su istehsalına imkan yaratmaqla onunolduqca mühüm enerji ehtiyaclarının geniş spektrinə adaptasiyasınınümayiş etdirir", - deyə o əlavə edib.

Qeyd edək ki, 13-15 dekabr tarixlərində Türkiyənin Mərsinşəhərində jurnalistlər üçün müxtəlif növ təmiz enerji mənbələrinintexniki və iqtisadi aspektlərinə, eləcə də, onların gələcək aşağıkarbonlu enerji sistemlərində necə qarşılıqlı fəaliyyət göstərəbiləcəyinə həsr olunmuş seminar keçirilir.

Seminar Böyük Britaniyanın "New Nuclear Watch Institute"tərəfindən Türkiyə Atom Sənayesi Assosiasiyasının, eləcə də"Sustainable Enerji Projeler" şirkətinin əməkdaşlığı iləkeçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Chosen
232
34
az.trend.az

10Sources