EN

"Sabah" "Levski" ilə üz-üzə

Bakı. Trend:

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarıkeçirilir.

Trend xəbərverir ki, bu gün Azərbaycan klublarından “Sabah” da meydanaçıxacaq.

2-ci mərhələdə “Petrokub”u (Moldova) mübarizədən kənralaşdıran(2:0, 4:1) təmsilçimiz Bolqarıstanda “Levski”nin qonağı olacaq.Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

7 avqust

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları

22:00. “Levski” (Bolqarıstan) – “Sabah” (Azərbaycan)
Baş hakim: Duje Strukan (Xorvatiya)
Sofiya."Georgi Asparuxov" stadionu

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 12-dəBakıda "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-dabaşlayacaq.

Chosen
14
4
az.trend.az

7Sources