EN

Uzunmüddətli geomaqnit qasırğası gəlir

Günəşdə ard-arda baş verən güclü partlayışlar uzunmüddətli geomaqnit qasırğasına səbəb ola bilər.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Bildirilib ki, geomaqnit qasırğası cümə günü Yerə təsir etməyə başlayacaq.

Yer orbitinə yaxın günəş küləyinin sürəti hazırda təqribən 400 km/s təşkil edir, cümə-şənbə gününə qədər isə 600-700 km/s-ə qədər artacaq.


Chosen
26
11
news24.az

10Sources