Çinin cənubundakı Quançjou şəhərində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.
Bu barədə "HK01” məlumat yayıb.
Qeyd olunub ki, təbiət hadisəsi evlərə ziyan vurub, 14 nəfər dağıntılar altında qalıb.
Axtarış-xilasetmə işlərinə 150-yə yaxın xilasedici və yanğınsöndürən cəlb olunub.
Əməliyyata Quandun əyalətinin qubernatoru Vanq Veyçonq rəhbərlik edir.
Son məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb, iki nəfər isə həyati təhlükəsi olan xəsarətlər alıb. Hakimiyyət orqanları minlərlə yerli sakini təcili olaraq təxliyə edib.