Bu gün iki klubumuz Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, "Araz-Naxçıvan" Kipr "Omoniya"sını qəbul edəcəksə, "Sabah" Bolqarıstanda "Levski"nin qonağı olacaq.
Avrokuboklarda mübarizəyə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən başlayan "Araz-Naxçıvan" Yunanıstan "Aris"ini üstələyib - 2:1, 2:2. "Araz-Naxçıvan" - "Omoniya" cütünün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) - "Volfsberq" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.
"Sabah" isə Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya "Selye"sinə əlavə vaxtda uduzub - 2:3, 3:3. Bundan sonra mübarizəni Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam etdirən ölkə kubokunun son qalibi Moldova "Petrokub"una hər iki oyunda qalib gəlib - 2:0, 4:1.
"Sabah" "Levski"ni üstələsə, pley-off mərhələsində "Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.
Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar
Araz-Naxçıvan - Omoniya (Cənubi Kipr)
Hakimlər: ANDREY BERKA, İvo Nadvornik, Yan Vanya, Ondrey Pexanets (hamısı Çexiya).
VAR hakimi: Tomas Koçurek (Çexiya).
VAR hakiminin köməkçisi: Miroslav Zelinka (Çexiya).
7 avqust. Bakı, "Liv Bona Dea Arena". Saat 20.00.
Levski (Bolqarıstan) - Sabah
Hakimlər: DUYE STRULAN, Alen Yakşiç, Maryan Tomas, Ante Terziç (hamısı Xotərvatiya).
VAR hakimi: Mario Zebets (Xorvatiya).
VAR hakiminin köməkçisi: Ante Çulyak (Xorvatiya).
7 avqust. Sofiya, "Georgi Asparuxov" stadionu. Saat 22.00.
Xatırladaq ki, cavab görüşləri avqustun 14-də keçiriləcək.