EN

Günəşdə növbəti güclü PARTLAYIŞ

Avqustun 7-də Günəşdə M sinifinə aid (ikinci ən yüksək kateqoriyalı) partlayış baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutundan (FGBU "İPG") məlumat verilib.
 

“7 avqust saat 05:32-də Moskva vaxtı ilə (Bakı vaxtı ilə 06:32) 4168 nömrəli ləkələr qrupunda (N04W29) rentgen diapazonunda M2.2 sinifli alışma qeydə alınıb.


Partlayış 25 dəqiqə davam edib”, – deyə institutun məlumatında bildirilir.

Qeyd edək ki, avqust ayında bu gücdə artıq yeddinci partlayış qeydə alınıb və onların demək olar ki, hamısı eyni ləkələr qrupunda baş verib.

Bizim.Media

Chosen
11
bizim.media

1Sources